Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları Biləsuvar Gömrük İdarəsində həyata keçirdikləri əməliyyat zamanı, tərəvəz (kahı, kərəviz və gül kələm) daşıyan nəqliyyat vasitəsində xüsusi çəkisi 56 kq-dan artıq olan marixuana aşkar ediblər.
Kinoloji xidmət itinin köməyi ilə aparılan yoxlama zamanı narkotik maddənin qaçaqmal yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Kahı qablaşdırmasının içərisində gizlədilmiş marixuananın ümumi çəkisi 56 kiloqram 585 qram təşkil edir.
Faktla bağlı araşdırmalar davam edir.