Daxili İşlər Nazirliyi məlumat yaydı: Martın 27-də Azərbaycanda 39 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin edilib.
Axtarışda olan 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.