Ağsu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Mart ayının 23-də rayonun otlaq sahəsində 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyiti tapılıb. Rayon prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı dərhal araşdırmaya başlanılıb.
İstintaq zamanı məlum olub ki, Ağsu rayon sakinləri, 1977-ci il təvəllüdlü Əyyub Sahabov və Seymur Məmmədov qabaqcadan əlbir olaraq Zahirə Şükürovanı qəsdən öldürüblər. Daha sonra onlar qadının meyitini Muradlı kəndindəki otlaq sahəsinə aparıblar.
Faktla bağlı cinayət işi başlanıb. Əyyub Sahabov və Seymur Məmmədov Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.