Bakıda Silahlı Insident: Bir Nəfər öldürüldü, Təfərrüatlar üzə çıxdı

News Image

Zirədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Məlumata görə, hadisə Türkan və Zirə qəsəbələri arasında, mərhum Vaqif Əmirovun torpaq sahəsində baş verib. Şübhəli bilinən Cavanşir Muradov əvvəllər Yasamalda yaşayıb, sonra Türkan qəsəbəsinə köçüb. O, heyvandarlıqla məşğul olurmuş, Vaqif Əmirov isə əkinçiliklə.

Mübahisə qonşu Ruslan Əliyevlə başlayıb. İki il əvvəl ev tikərkən aralarında narazılıq yaranıb. Bir gün əvvəl də mübahisə ediblər. Hadisə günü Ruslanın avtomobili ilə sürətlə keçməsi Cavanşiri əsəbiləşdirib.

Cavanşir evdən silah gətirərək Ruslanı gözləyib. Ruslan geri qayıdarkən Cavanşir ona atəş açıb, lakin vura bilməyib. Səsə Vaqif Əmirov və oğlu Məmmədhüseyn Əmirov gəliblər. Cavanşir onlara da atəş açıb. Nəticədə Vaqif Əmirov ölüb, Məmmədhüseyn yüngül yaralanıb.

Faktla bağlı cinayət işi başlanıb, Cavanşir Muradov şübhəli şəxs qismində saxlanılıb.

1