Bakıda bir evdə kişi meyiti aşkar edilib. Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.
Şirvan şəhərinin sakini, 52 yaşlı Hikmət Fazil oğlu Əliyevin cəsədi yaşadığı evdə tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.