Gədəbəydə Dəhşət: Ata Oğlunu öldürdü, Ana Isə ərini Bağışladı

News Image

Gədəbəyin Slavyanka kəndində 4 ay əvvəl baş verən dəhşətli hadisənin məhkəmə araşdırması yekunlaşıb. 60 yaşlı İlqar İlyasovun 37 yaşlı oğlu Rəşadı qətlə yetirməsi faktı məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Mübahisənin səbəbi nə olub?

Məlum olub ki, hadisə zamanı sərxoş vəziyyətdə olan Rəşad atasının işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı iradlarını bildirib. Bu iradlara dözməyən ata isə oğlunu bıçaqlayaraq öldürüb.

Ananın gözlənilməz qərarı

Məhkəmədə qətlə yetirilən Rəşadın anası hüquqi varis kimi iştirak edib. Lakin o, gözlənilmədən oğlunu öldürən ərini bağışlayıb. Bildirib ki, əri ilə barışıb və heç bir şikayəti yoxdur. Ana əlavə edib ki, oğlu əslində atasına qulluq etmək üçün kəndə qayıtmışdı. O, ərinin oğlunu qəsdən öldürmədiyini, hər ikisinin spirtli içki düşkünü olduğunu, lakin bir-birini çox sevdiyini vurğulayıb.

Məhkəmənin hökmü

Məhkəmə İlqar İlyasovu 9 il müddətinə azadlıqdan məhrum edib.

0