Qəribə Evlilik: 44 Yaşlı Kişi 80 Yaşlı Qayınanası Ilə Niyə Evləndi?

News Image

44 yaşlı Kiyev sakini 80 yaşlı əlil qayınanası ilə birlikdə Ukraynanı tərk etmək istəyərkən sərhədçilər tərəfindən saxlanılıb. Hadisə Vinnitsa bölgəsindəki Mogilev-Podolski keçid məntəqəsində baş verib.

Sərhədçilər yaş fərqindən şübhələnərək cütlüyü dindiriblər. İlk əvvəl onlar sevgilərinin səmimi olduğunu desələr də, sonrakı söhbətlərdə birgə yaşayışları ilə bağlı suallara cavab verməkdə çətinlik çəkiblər.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, məlum olub ki, qadın əslində kişinin xaricdə yaşayan həyat yoldaşının anasıdır. Beləliklə, bu evliliyin əsl səbəbi qanunsuz yolla ölkədən çıxmaq cəhdi olub.

Cütlüyə sərhədi keçmək icazəsi verilməyib və hadisə ilə bağlı Milli Polisə məlumat göndərilib.

0