Goranboyda Dəhşət: 34 Yaşlı Kişi Bıçaqlanaraq Ağır Yaralandı

News Image

Goranboy rayonunda 1992-ci il təvəllüdlü Murad Əliyev bıçaqlanma nəticəsində ağır xəsarət alıb. Hadisə rayon ərazisində baş verib.

Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsinrayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyev olduğu müəyyən edilib.

Məlumata görə, Murad Əliyevlə K.Əliyev arasında mübahisə yaranıb və mübahisə bıçaqlanma ilə nəticələnib. K.Əliyev polis tərəfindən saxlanılıb və faktla bağlı araşdırma aparılır.

0