İtaliyada dəhşətli qətl hadisəsi ilə bağlı şok detallar ortaya çıxıb. Ötən il Milan şəhərində qətlə yetirilən model Pamela Janini ilə bağlı araşdırmalar davam edir.
Müstəntiqlər bildirir ki, qadına keçmiş sevgilisi hücum edib. İddialara görə, kişi Janinini təqib edərək münasibətlərini bərpa etməyə çalışıb. Hadisə zamanı model 24 bıçaq xəsarəti alaraq ölüb.
Cinayətdən sonra mərhumun meyiti qəbiristanlığa aparılarkən tabutun düzgün bağlanmadığı aşkar edilib. Tabut açıldıqda isə Pamela Janininin başının kəsilərək oğurlandığı məlum olub.
İlkin ehtimallara görə, bu vandalizmdə bir neçə nəfər iştirak edib. Faktla bağlı cinayət işi açılıb. Qətldə şübhəli bilinən keçmiş sevgili artıq həbsdədir. O, həm təqib, həm də qəsdən adam öldürmə ittihamları ilə üzləşib.