Yaponiyada Ayılara Qarşı Mübarizə Planı: 20 Mindən çox Ayı Tutulacaq!

News Image

Yaponiyada ayıların insanlara vurduğu ziyanın artması hökuməti hərəkətə keçirib. Hökumət 2030-cu ilə qədər ayıların sayını azaltmaq məqsədilə yeni bir mübarizə planı təsdiqləyib.

Planın əsas məqsədi, ayıların sayını azaldaraq insanlara hücum riskini minimuma endirməkdir. Bu məqsədlə müxtəlif regionlarda tutulacaq ayıların sayına dair hədəflər müəyyən edilib:

  • Tohoku regionunda 3,800 ayı
  • Çubu bölgəsində 3,500 ayı
  • Kinki və Çuquku regionlarında 900 ayı
  • Kanto bölgəsində isə 600 ayı tutulması planlaşdırılır.

Hokkaydo bölgəsində isə yerli hakimiyyət orqanları 2025-2034-cü illər arasında 12,540 ayının tutulmasını hədəfləyir.

Əgər plan uğurla həyata keçirilərsə, 2030-cu ilə qədər insanlara hücumların ən çox qeydə alındığı Tohoku, Kanto, Çubu və Hokkaydo regionlarında ayıların sayı təxminən 65% azalacaq. Ziyanın daha az olduğu Kinki və Çuquku bölgələrində isə əsas məqsəd ayıların sayının artmasının qarşısını almaqdır.

Planın icrası üçün yerli qurum əməkdaşlarının sayı üç dəfə artırılaraq 2,500 nəfərə çatdırılacaq. Bundan əlavə, 10,000 ədəd qəfəs-tələ və 20,000 ədəd qorxuducu sprey balonundan istifadə olunması nəzərdə tutulur.

0