Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobil yanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb.
Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi, həmçinin yaxınlıqda dayanmış “BMW” markalı avtomobilin arxa hissəsi qismən yanıb. Lakin yanğınsöndürənlərin səyi nəticəsində avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.