Bərdədə Dəhşətli Yanğın: 3 Otaqlı Ev Külə Döndü

News Image

Bərdə rayonunun Çəmənli kəndində fəlakət baş verib. Üç otaqdan ibarət ev yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Yanğın zamanı evin içindəki bütün əşyalar da məhv olub.

İlkin məlumatlara görə, yanğına səbəb qaz balonundakı nasazlıqdan yaranan qaz sızması olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğınsöndürmə Xidmətinin briqadası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa zamanda nəzarətə alınıb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başladılıb.

1