Martın 30-u axşam və 31-də bəzi bölgələrdə güclü külək gözlənilir.
Milli Hidrometeorologiya Xidməti əhaliyə sarı xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Lerik, Yardımlı rayonlarında qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə qədər yüksələ bilər.