Dağıstanda əlverişsiz hava şəraiti bir sıra yaşayış məntəqələrində qaz təchizatının dayanmasına səbəb olub. Hazırda təmir briqadaları qaz təchizatının bərpası üçün çalışır.
“Qazprom межрегионгаз Махачкала” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin baş direktoru Rizvan Muradovun rəhbərliyi ilə Axtı, Dokuzpara və Xasavyurd rayonlarında, həmçinin Mahaçqala şəhərinin Talqi qəsəbəsində yaranmış qaz təchizatı problemlərinin həlli üçün operativ müşavirə keçirilib.
Məlumata əsasən, qəzanın nəticələrinin aradan qaldırılması üçün xüsusi texnika və təmir briqadaları səfərbər olunub. Lakin bərpa işləri dağlıq ərazilərdəki çətin keçilən relyef, torpaq sürüşmələri və davamlı yağışlar səbəbindən xeyli çətinləşir.