Son iki gündə Bakıda yağan intensiv yağışlar səbəbindən bəzi ərazilərdə suyun axıdılmasında problemlər yaranıb. Bakı Şəhər İcra Hakimiyyəti və digər kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin idarələri yağış suları barmaqlıqlarının təmizlənməsi və sakinlərin təxliyəsi kimi tədbirlər görür. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirib və müvafiq göstərişlər verib. İşlər davam etdirilir.