Bakı şəhər İcra Hakimiyyəti ərazilərdə: Problemlərin Aradan Qaldırılması

News Image
thumb
thumb

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, martın 27-dən etibarən paytaxtın rayon icra hakimiyyətləri və digər qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bəzi ərazilərdə davam edən yağışlar səbəbindən suların kənarlaşdırılmasında çətinliklər yaranıb. BŞİH başçısının müavini Ayaz Hüseynov hadisə yerlərinə baxış keçirib və fəsadların aradan qaldırılması üçün tapşırıqlar verib.

Monitorinq qrupları problemli əraziləri müəyyən edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edir. Hazırda şəhərdə yaranmış fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

1