İran: Abş Və İsrail Zərbələri Nəticəsində 93 Mindən çox Bina Zədələnib

News Image

İsrail və ABŞ-ın hava hücumları nəticəsində İranda 93 mindən artıq mülki obyektə ziyan dəyib.

Bu barədə “Al Jazeera” İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasına əsasən xəbər yayıb.

Zərər dəyən obyektlərin 71 547-si yaşayış binası, 20 779-u isə kommersiya məqsədli tikililərdir. Yalnız Tehran şəhərində 31 562 yaşayış və kommersiya obyekti zədələnib.

Bundan əlavə, 295 tibb və təcili yardım mərkəzi, həmçinin 600 məktəb zərər görüb.

Rəsmilərin bildirdiyinə görə, 94 təcili yardım maşını, Qızıl Aypara Cəmiyyətinin və fövqəladə hallar xidmətinin 3 xilasetmə helikopteri də zədələnib.

2