Ölkədə yağıntılı hava şəraiti davam edir
Hazırda Azərbaycan ərazisində intensiv yağıntılar müşahidə olunur. Dağlıq bölgələrə, xüsusən Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza rayonlarına qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm-ə çatıb. Bu, aylıq normanın 170%-ni təşkil edir.
Martın 28-də də yağıntıların davam edəcəyi gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi proqnozlaşdırılır. Güclü yağıntılar səbəbindən yarımadanın bəzi hissələrində subasma riski var.
Martın 29-u günün ikinci yarısından etibarən yağıntılar tədricən azalacaq.