Bakıda güclü yağışlarla əlaqədar olaraq svetoforlar və onların idarəetmə sistemləri fasiləsiz nəzarət altında saxlanılır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hava şəraitinin yaratdığı texniki problemlər operativ şəkildə aradan qaldırılır.
Nəqliyyatın rahat hərəkətini təmin etmək üçün yol polisi ilə sıx informasiya mübadiləsi aparılır.
NİİM sürücülərə müraciət edərək, svetoforlarda problem aşkar etdikdə +994 12 404 41 22 nömrəsinə zəng etməyi xahiş edir.
Sürücülərə Xəbərdarlıq
Svetofor işləmədikdə və ya nizamlayıcı olmadıqda, sürücülər “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinə əsasən hərəkət etməlidirlər.