Xaçmaz rayonunun Cığatay kəndində güclü yağışlar nəticəsində yaşayış evləri su altında qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub.
Ümumilikdə 22 nəfər, o cümlədən 5 azyaşlı və 1 əlil şəxs təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.