Trombdan şübhələnirsiniz? əsas Narahatlıq əlamətləri Və Risk Faktorları

News Image

Tromboz nədir? Tromboz, qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. Bu laxta damarı qismən və ya tamamilə tıxayaraq qan axınını pozur. Tromblar eritrositlər, leykositlər, trombositlər, fibrin və plazmadan ibarət ola bilər. Qan venalarda daha yavaş axdığı üçün tromblar daha çox orada yaranır.

Trombozun təhlükəsi Dünyada hər 4 nəfərdən biri trombozla əlaqəli səbəblərdən həyatını itirir. Dərin vena trombozu və ağciyər arteriyasının tromboemboliyası ciddi və ölümcül ola bilər.

Narahatedici simptomlar:

Əl və ya ayaqlarda şişkinlik: Dərin vena trombozu zamanı qol və ya ayaq şişə, rəngi dəyişə və toxunduqda isti hiss oluna bilər. Qan durğunluğu səbəbindən dəridə bənövşəyi çalar yarana bilər. Şişkinlik qəfil yaranır, gün ərzində davam edir və ətrafı qaldırdıqda azalmazsa diqqətli olun.

Ağrı: Səbəbi bilinməyən qəfil ağrı (ayaqda sancı və ya qıc olmaya bənzər hiss) tromboz əlaməti ola bilər. Ancaq ağrı qısa müddətli və təkrarlanmırsa, bu, çox güman ki, tromb deyil.

Varikoz damarlarda dəyişikliklər: Varikozunuz varsa, dərin vena trombozunun əlamətləri uzandıqda və ya ayağı qaldırdıqda çəkilməyən qabarmış damar, birdən-birə sərtləşmiş damar, damar ətrafında dərinin qızarması və ağrılı olmasıdır.

Nəfəs darlığı: Tromb zamanı nəfəs darlığı saatlarla və ya günlərlə davam edə bilər. Qısa müddətli nəfəs darlığı tromb əlaməti deyil.

Sinə ağrısı: Sinə ağrısı ağciyər arteriyasının tromboemboliyasını göstərə bilər. Bu ağrı davamlı ola bilər və ya dərin nəfəs alarkən yarana bilər.

Qanlı öskürək: Ağciyər tromboemboliyasının digər əlaməti bəlğəmdə nəzərə çarpacaq dərəcədə qanın olmasıdır.

Ürək döyüntüsünün sürətlənməsi: Ağciyər tromboemboliyası zamanı ürək daha sürətli işləməyə başlayır. Ürək döyüntüsü, titrəmə və ya ritm pozuntusu hissi yarana bilər.

Aşağı qan təzyiqi: Ürək uzun müddət sürətli döyünərsə, arterial təzyiq düşə bilər və orqanizmin oksigenlə təmin olunması pisləşə bilər.

0