İranda Abş Və İsrail Zərbələri: ölənlər Arasında Yüzlərlə şagird!

News Image

ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində İranda faciə baş verib. “Tasnim” agentliyinin məlumatına görə, hücumlar nəticəsində 226 şagird və 55 müəllim olmaqla, ümumilikdə 281 nəfər həlak olub.

Xəsarət alanların sayı da çoxdur: 170 şagird və 21 müəllim daxil olmaqla, 191 nəfər yaralanıb. 789 təhsil müəssisəsi zədələnib, onların əksəriyyəti, 700-ü orta məktəblərdir.

Fevralın 28-də Minabdakı qızlar məktəbi də hava zərbələrinə məruz qalıb və ölənlərin sayı 165-i keçib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatına start verilib. Bundan sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başlayıb, İran da İsrail ərazisinə raketlər atıb. İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına da hücum edib. Bölgədəki vəziyyətlə əlaqədar bəzi ölkələr hava məkanını bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei də həlak olub.

0