Aluminium Bahrain İrandan Hücum İddiasını Təsdiqlədi: Yaralılar Var

News Image

Bəhreynin aparıcı şirkətlərindən olan “Aluminium Bahrain” (Alba) rəsmi olaraq İrandan öz obyektlərinə hücum edildiyini təsdiqləyib. Bu barədə Bəhreyn Dövlət Xəbər Agentliyi məlumat yayımlayıb.

Hücum nəticəsində iki nəfər yüngül xəsarət alıb. Şirkət tərəfindən yayılan açıqlamada hazırda obyektlərə dəyən ziyanın dəyərinin hesablandığı bildirilir.

Qeyd: Bu hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Alba” və “Emirates Global Aluminum” zavodlarına zərbələr endirəcəyi barədə xəbərdarlığından sonra baş verib. Tehran bu hücumun İranın iki polad zavoduna edilən əvvəlki hücumlara cavab olduğunu iddia edir.

0