Əmtəə bazarlarında qızılın qiyməti sürətlə yüksəlir. Bir troya unsiyası (31,1 qram) qızılın fyuçersləri bahalaşıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin iyun ayına olan fyuçerslər üzrə qızılın bir troya unsiyasının qiyməti 2,62% artaraq 4 524,3 ABŞ dollarına çatıb.
Gümüş də bahalaşmadan geri qalmayıb. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti 2,74% artaraq 69,796 ABŞ dolları təşkil edib.