Bakıda daşınmaz əmlak bazarında şok qiymət! Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən 187 kvadratmetrlik, 4 otaqlı mənzil 7,3 milyon manata satışa çıxarılıb.
18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu mənzilin üstünlükləri arasında 24/7 mühafizə xidməti və ətrafında lazımi infrastruktur obyektlərinin olması qeyd edilir. Lakin, mənzilin bu qədər yüksək qiymətə satılmasının səbəbi tam olaraq aydın deyil.
Bu qiymət, Bakı daşınmaz əmlak bazarında təklif olunan ən bahalı mənzil rekordunu qırır.