Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına mərkəz barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan enerji sahəsində yeni mərhələyə daxil olur. Prezidentin tapşırığına əsasən, “AzərEnerji” ASC tərəfindən iki əsas yarımstansiyada – 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində, ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Bu miqyasda mərkəzlərin qurulması MDB regionunda ilkdir.
Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin araşdırması Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji
Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda şəbəkəyə verilir. Bu sistemlər enerjini yığıb saxlayır və lazım gəldikdə istifadəyə yönəldir.
Belə mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.
“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Ərazidə müasir idarəetmə binası tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlət başçısına bərpaolunan enerji
Bildirilib ki, yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji
Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji
Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.
Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.
Enerjisistemdə onlayn diaqnostika texnologiyaları, süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksəkdəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.
“AzərEnerji” ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.
Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.
Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerjiötürmə imkanı olacaq.
Dövlət başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.