Azərbaycan bu ilin ilk iki ayında Türkiyədən 1,461 milyon ABŞ dolları məbləğində mədən sənayesi məhsulları idxal edib. Bu, əvvəlki illə müqayisədə 18,7% azalma deməkdir.
Fevral ayında isə Türkiyə Azərbaycana 0,716 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% artım deməkdir.
Ümumilikdə, Türkiyənin mədən sənayesi məhsullarının ixracı iki ayda 13,7% artaraq 995 milyon ABŞ dollarına yüksəlib. Fevral ayında isə bu göstərici 13,8% artaraq 475 milyon ABŞ dolları təşkil edib.
Türkiyədən ən çox idxal edən ölkələr Çin, ABŞ və Bolqarıstandır.