Azərbaycanda Kərə Yağı Istehsalı Azalsa Da, Ehtiyatlar 3 Dəfə Artıb

News Image

Bu ilin ilk iki ayında Azərbaycanda 3882,9 ton kərə yağı istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır.

Lakin, martın 1-nə olan məlumata əsasən, sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı mövcuddur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə ölkədə 937,7 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4% artım deməkdir.

1