Bu ilin ilk iki ayında Azərbaycanda cəmi 14 ədəd güc transformatoru istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84% azalma deməkdir. Fevral ayında isə cəmi 6 ədəd transformator istehsal edilib ki, bu da illik müqayisədə 87% azalma göstərir.
Xatırladaq ki, 2025-ci ildə ölkədə 280 ədəd güc transformatoru istehsal edilmişdi. Bu rəqəm 2024-cü ilə nisbətən 75% az idi. İstehsal həcmindəki bu davamlı azalma tendensiyası diqqət çəkir.