Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Zığ dairəsi-Hava Limanı yolunun müəyyən zolaqlarında sürət həddi 20 km/saat azaldılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.
Bütün elektron tablolarda sürücülərə xəbərdarlıq məqsədilə “sürüşkən yol” nişanı yerləşdirilib. Sürücülərdən xahiş olunur ki, müəyyən edilmiş sürət həddinə riayət etsinlər.