Bakıda Və Bölgələrdə Yağış, şimşək: Hava Proqnozu Açıqlandı

News Image

Azərbaycanda sabah hava şəraiti dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 26-da bəzi ərazilərdə yağıntılar gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış ehtimalı var. Səhər duman müşahidə olunacaq. Külək şimal-qərbdən əsəcək, gündüz cənub-şərqə dəyişəcək.

Havanın temperaturu gecə 7-9°C, gündüz 12-17°C olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılar gözlənilir. Gecə və axşam intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11°C, gündüz 15-20°C, dağlarda gecə 0-5°C, gündüz 7-12°C olacaq.

0