Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hazırda yağış müşahidə olunur. Ölçülən yağıntının miqdarı 5 mm-ə çatır.
Martın 27-si gün ərzində yağıntılı hava şəraitinin daha da intensivləşəcəyi gözlənilir. Hava şəraiti ilə bağlı diqqətli olunması tövsiyə edilir.