Bakı şəhərində bəzi mərkəzi küçələrdə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.
Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək olan hissəsində və Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissəsində yol təmir olunacaq.
Bu səbəbdən, 25 mart saat 08:00-dan 26 mart saat 22:00-dək qeyd olunan küçələrdə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Təmir işləri aparılan müddətdə yaranacaq narahatlığa görə üzr istəyirik.