Qara dənizdə, İstanbul boğazına yaxın ərazidə Türkiyəyə məxsus “Altura” adlı xam neft tankeri dron hücumuna məruz qalıb. Tanker Rusiyadan yola düşmüş və 140 min ton neft daşıyırdı.
Dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb. Hadisə zamanı güclü partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.
Tankerdən gələn təcili yardım çağırışından sonra xilasetmə qrupları dərhal hadisə yerinə göndərilib. Hazırda gəmiyə təcili müdaxilə davam edir. Səlahiyyətlilər hələlik hadisənin hücum olub-olmadığı barədə rəsmi açıqlama verməyiblər.
Gəmi ekipajından xəsarət alan olmayıb. Tankerdə olan 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyəti yaxşıdır.