Livandan atılan raketlər İsrailin mərkəzi rayonlarında xəsarətlərə səbəb olub. “Hizbullah” qruplaşmasının raket hücumu nəticəsində 3 nəfər yaralanıb.
“The Times of Israel”in məlumatına görə, təxminən 60 yaşlı qadın xəbərdarlıq siqnalı zamanı sığınacağa qaçarkən yıxılaraq başından xəsarət alıb. Daha iki nəfər isə avtomobil qəzası nəticəsində yüngül yaralanıb.
Raket təhlükəsi zamanı idarə etdikləri avtomobil başqa bir maşına çırpılıb.