Qəbələ rayonunda yaşlı bir kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə Qəbələ şəhəri ərazisində baş verib.
Şəhər sakini Əzim Hüseynov spirtli içki qəbul etdikdən sonra məişət tullantılarının toplandığı əraziyə gedib. O, tullantıları yandırıb və içkinin təsiri ilə orada yatıb. Nəticədə, kişi tullantılarla birlikdə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.