Ağdamda Faciə: Kənd Sakini Mina Partlayışında Yaralandı

News Image

Ağdam rayonunun Yusifcanlı kəndində bədbəxt hadisə baş verib. 1985-ci il təvəllüdlü kənd sakini Ceyhun Firdovsi oğlu Abbasov mina partlayışı nəticəsində yaralanıb.

Hadisənin baş verdiyi ərazi işğaldan azad edilmiş Yusifcanlı kəndinin yaxınlığındadır.

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları hadisə yerinə yollanaraq yaralıya yardım göstərməyə çalışırlar.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

0