İstanbulda şok hadisə: Kuryer sifarişi çatdırmadan əvvəl şirniyyatı yaladı!
İstanbulda baş verən bu qəribə hadisə gigiyena və istehlakçı hüquqları baxımından ciddi suallar doğurur. Kuryerin hərəkəti anbaan kameraya düşüb.
Müştəri sifarişini gözləyərkən diafon vasitəsilə kuryerin şirniyyatı yaladığını görüb. Bu görüntülər sosial mediada böyük səs-küyə səbəb olub.
İstifadəçilər bu hərəkəti qətiyyətlə pisləyərək qida təhlükəsizliyinə diqqət çəkiblər.
Məsələ ilə bağlı araşdırma başladılıb.