şəkidə Evdə Partlayış: Yaralılar Var, Evə Ziyan Dəyib

News Image
thumb
thumb

Şəki şəhərində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanlar var. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində müəyyən edilib ki, ümumi sahəsi 320 kv.m olan iki mərtəbəli evin birinci mərtəbəsindəki mətbəxdə partlayış baş verib. Partlayış yanğına səbəb olub, lakin yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb.

Partlayış dalğası nəticəsində evə ziyan dəyib, mətbəxdə təxminən 5 kv.m sahə yanıb. Mənzilin böyük hissəsi yanğından mühafizə olunub. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1