Müdafiə Nazirliyi (MN) xəbər yayıb ki, martın 31-dən aprelin 3-dək Ağdərə rayonu ərazisində təlim mərkəzində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Nazirlikdən verilən məlumata görə, bu sursatların istismar müddəti başa çatıb və onların məhvi təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçiriləcək.
Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, partlayış səsləri ilə bağlı narahatlığa heç bir əsas yoxdur.