Ağcabədidə Qanunsuz Toy: Komitə Araşdırmalara Başladı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində baş verən qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb. Komitədən verilən məlumata görə, məsələ nəzarətə götürülüb və hazırda ətraflı araşdırmalar aparılır.
Araşdırmaların Nəticələri İctimaiyyətə Açıqlanacaq
Komitə tərəfindən aparılan araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Qeyd edək ki, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladları arasında toy mərasimi keçirilib. Vəfa və Səadət adlı bacıların övladlarının toyu mart ayının 27-də baş tutub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır. Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışıb.