Gəncə şəhərində, Cavad Xan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Məlumata görə, “Mercedes” markalı avtomobil sürücüsünün idarəetməni itirməsi nəticəsində yolun kənarına çıxaraq ağacları aşırıb və aşıb. İlkin məlumatlara əsasən, qəza nəticəsində 9 yaşlı Y.H., 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların eyni ailənin üzvləri olduğu güman edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
25.03.2026
22:03
Gəncədə Dəhşətli Qəza: 4 Yaralı, Vəziyyət Ağırdır
0