Ağcabədidə Qanunsuz Toy: Bələdiyyə Sədrinin Qohum Evliliyi!

News Image

Ağcabədidə Qanunsuz Toy Mərasimi

Ağcabədi rayonunun Avşar kəndində qanunazidd qohum evliliyi baş verib. İki bacının – Vəfa və Səadətin övladları arasında toy mərasimi keçirilib. Bu barədə Unikal.org məlumat yayıb.

Məlumata görə, evlənən cütlük Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır. Bələdiyyə sədri Vaqif Kazımov isə cütlüyün yaxın qohum olduğunu gizlətməyə çalışıb.

O, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edərək, məsələni ört-basdır etməyə çalışıb. Kazımov əlavə edib ki, hazırda danışa bilmirəm, yasım var, özləri ilə danışın.

0