Floridanın Mərkəzində Azərbaycan Bayrağı Qürurla Dalğalanır
ABŞ-ın Florida ştatının Koral Qeybls şəhərinin ən tanınmış küçələrindən olan Mirakl Mile və Ponce de Leon Bulvarı Azərbaycan bayrağı ilə bəzədilib. Bu tarixi hadisə, iki məşhur küçənin qovuşuğunda yerləşən və müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu dirəklərə Azərbaycan bayrağının əlavə edilməsi ilə reallaşıb.
Bu layihə, yerli Azərbaycan icmasının fəal üzvü Leyla Hüseynin təşəbbüsü və Azərbaycanın ABŞ-dəki Səfirliyinin, həmçinin Koral Qeybls meriyasının dəstəyi sayəsində mümkün olub.
İcma nümayəndələri bu hadisənin təkcə bayrağın asılması olmadığını, eyni zamanda milli kimliyin, birliyin və mənsubiyyət hissinin güclü ifadəsi olduğunu vurğulayıblar. Onların fikrincə, Azərbaycan bayrağının bu nüfuzlu məkanda dalğalanması, ştatda yaşayan azərbaycanlılar üçün böyük bir qürur
Bu əlamətdar hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub və yerli Azərbaycan icması tərəfindən böyük sevinclə qarşılanıb.