İran Sepah qüvvələri İsrailin Dimona və Eylat şəhərlərinə, həmçinin regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bəyan edib.
Sepahın mətbuat xidmətinin yaydığı məlumata əsasən, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub.
Açıqlamada deyilir: “Dimona, Eylat və regiondakı bəzi ABŞ hərbi bazalarında yerləşən hədəflər çoxsaylı raketlər və pilotsuz uçuş aparatları ilə dəqiq şəkildə vurulub.”
Hücum zamanı hansı konkret obyektlərin hədəf alındığı barədə ətraflı məlumat verilməyib.