Alimlər şokda: İlk İnsanlar Bugünkü Kimimi Deyildi? Sensasiyalı Açıqlama

News Image

Alimlərdən Sensasiyalı Açıqlama: İlk İnsanlar Necə İdi?

Alimlər ən qədim insan növlərindən birinin təsnifatını yenidən nəzərdən keçirirlər. 1964-cü ildə məşhur paleoantropoloq Luis Liki tərəfindən Tanzaniyada tapılan 2 milyon illik çənə sümüyü Homo habilis (bacarıqlı insan) adlandırılmışdı.

Bu növ, müasir insanları əhatə edən cinsin ilk üzvü hesab olunurdu. Lakin Amerika Təbiət Tarixi Muzeyinin alimi İen Tattersoll bu fikirlə razılaşmır. Onun sözlərinə görə, “Homo” cinsinə daxil edilən növlər “Homo sapiens”lə müəyyən oxşarlıqlara malik olmalıdır, ancaq bu, “Homo habilis” üçün keçərli deyil.

Növün Yenidən Qiymətləndirilməsi

Keniyada tapılan və ən tam “Homo habilis” skeleti hesab edilən qalıqlar yeni müzakirələrə səbəb olub. Bu tapıntılar göstərir ki, bu növün bədən quruluşu əvvəllər düşünüləndən daha çox meymunabənzər olub.

Tattersoll qeyd edir ki, keçmişdə alimlər alət hazırlama qabiliyyətinə böyük önəm verirdilər və insanı məhz bu xüsusiyyətə görə müəyyən edirdilər. Buna görə də “Homo habilis” alətlərə yaxın tapıldığı üçün “Homo” cinsinə daxil edilib.

Luis Liki və həyat yoldaşı Meri Liki ən qədim alətlərdən sayılan Olduvay sənayesinin yaradıcılarını axtarırdılar. Onların oğlu Conatan Olduvay dərəsində çənə sümüyü tapdıqda, bu tapıntı dərhal alətlərlə əlaqələndirilərək erkən insan kimi qəbul edilib.

Təsnifat Problemi

Müasir baxışlara görə, “Homo habilis” bir çox xüsusiyyətinə görə “Homo” cinsinə tam uyğun gəlmir. Alimlər onu yenidən təsnif etməkdə tərəddüd edirlər, çünki bu növ başqa məlum kateqoriyalara da uyğun gəlmir.

Tattersoll izah edir ki, paleoantropoloqlar çox vaxt tapıntıları ya “avstralopitek”, ya da “Homo” kimi qruplaşdırırlar. Lakin ehtimal olunur ki, üçüncü bir qrup da mövcuddur, sadəcə hələ tam müəyyən edilməyib.

İnsan Nə Vaxt Danışmağa Başlayıb?

Araşdırmalara görə, insan əcdadlarının danışmağa başlaması təxminən 1,6 milyon il əvvələ – Şərqi və ya Cənubi Afrikaya təsadüf edir. Bu dövrdə beynin ölçüsü sürətlə böyüyür və onun daxili quruluşunda dəyişikliklər baş verirdi.

Xüsusilə nitq və dilin anlaşılması ilə əlaqəli alın payının inkişafı bu prosesdə mühüm rol oynayıb.

0