Hande Erçeldən Saxlanılma Qərarına şok Cavab: Nələr Dedi?

News Image

Türkiyəli məşhur aktrisa Hande Erçel barəsində çıxarılan saxlanılma qərarına ilk reaksiyasını verib.

Aktrisa, sosial media hesabında bu barədə açıqlama yayımlayıb.

O, təxminən bir aydır təhsil səbəbi ilə ölkə xaricində olduğunu bildirib: “Dünən gecə mən də sizin kimi mediada yayılan xəbərlərlə tanış oldum. Vəziyyəti aydınlaşdırmaq üçün ölkəmə qayıdıb rəsmi izahat verəcəyəm. Mən ölkəsini sevən, dövlətinə və ədalət sisteminə güvənən bir vətəndaşam. İnanıram ki, bu anlaşılmazlıq tezliklə aradan qalxacaq.”

Xatırladaq ki, dünən məşhurlara qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyatda “Beşiktaş”ın keçmiş rəhbəri Fikret Orman, “Galatasaray”ın sabiq prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

0