Xalq artisti Mehriban Zəki daxili dünyası ilə bağlı maraqlı etiraflar edib.
“İçimdə heç kimin tanımadığı bir Mehriban var. Onu heç kəs də tanımayacaq. Məni zahirən soyuqqanlı, sərt, zarafatlaşmağı sevməyən biri kimi tanıyırlar, əslində isə elə deyil” – deyə Xalq artisti bildirib.
O, özünü yaxşı tanımadığını və bəzən ekstremal vəziyyətlərdə tanımadığı cəhətlərinin üzə çıxdığını qeyd edib: “Üç il əvvəl keçirdiyim həmin qəzadan sonra özümdə bilmədiyim cəhətlərim üzə çıxdı. Sən demə, çox dözümlü, səbrliyəm və ağrımı göstərməyi sevmirəm”.
Xatırladaq ki, Mehriban Zəki 2021-ci il martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdı. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat etmişdi.