Elarizdən şok Təklif: “novruzun Adı Dəyişdirilməlidir!”

News Image

Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu Novruz bayramı ilə bağlı gözlənilməz təklif irəli sürüb.

Sənətçi bildirib ki, Novruz bayramının adının dəyişdirilməsi zəruridir. Onun sözlərinə görə, bayramın adı Bahar bayramı olmalıdır.

Elariz Məmmədoğlu qeyd edib: “Niyə biz bayramımızın adını başqa dillərin təsiri altında saxlamalıyıq? Novruz sözü fars mənşəlidir, ‘nov’ yeni, ‘ruz’ isə gün deməkdir. Baharın gəlişini simvolizə edən bu bayramın adı Bahar bayramı olmalıdır.”

O, Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkə olmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu, bütün türk dünyasına nümunə ola bilər.

Müğənninin bu təklifi sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəziləri onun fikirlərini dəstəkləyir, digərləri isə tarixi və mədəni ənənələrin qorunmasının tərəfdarıdır.

0