Araz Ağalarov 40 İllik Həyat Yoldaşından Ayrıldı: Yeni Evlilik!

News Image

Azərbaycanlı iş adamı, “Crocus Group”un qurucusu Araz Ağalarov, uzun müddət birlikdə olduğu həyat yoldaşı İrina Ağalarova ilə yollarını ayırıb.

Məlumata görə, 70 yaşlı iş adamı, boşanma prosesindən sonra 27 yaşlı Alyona İvanova ilə yeni bir həyata başlayıb. Cütlüyün arasında 43 il yaş fərqi var.

Alyona İvanovanın sosial media hesablarında və rəsmi sənədlərində soyadını Ağalarova olaraq dəyişdiyi bildirilir. Həmçinin, cütlüyün bir övladının dünyaya gəldiyi də qeyd olunur.

Xatırladaq ki, Araz Ağalarov və İrina Ağalarova 40 ildən artıq bir müddətdə evli olublar. Bu evlilikdən onların Emin və Şeyla adlı iki övladı dünyaya gəlib.

0